Bu gün Milli Məclisdə irsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə qanvermə aksiyası keçirilib.
"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, aksiyada spiker Sahibə Qafarova başda olmaqla, deputatlar və Aparatın əməkdaşları, İşlər idarəsinin işçiləri iştirak edib.
Qeyd edək ki, birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan vermə aksiyası artıq bir neçə gündür davam edir.