Beyrutdakı nümayişçilər parlament sarayına girməyə çalışır - Yenilənib

  • 11.08.2020, 22:45,
  • Dünya
  • Baxılıb: 25
Beyrutdakı nümayişçilər parlament sarayına girməyə çalışır - Yenilənib

Çərşənbə axşamı günü Livan paytaxtında hökumət əleyhinə etiraz aksiyaları yenidən başlayıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

Onun məlumatına görə, etirazçılar partlayış nəticəsində dağılmış Beyrut limanının girişinə toplaşıblar.

Manifestantlar hökumət əleyhinə şüarlar səsləndirir, Livan Prezidenti Mişel Aunun istefasını və parlamentin buraxılmasını tələb edirlər.

***

Beyrutda etirazçılar Plyas Etual meydanında yerləşən parlament sarayına keçmək üçün beton və metal çəpərlərə hücum edirlər. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.

Polislərin üstünə daşlar və petardalar atılır, buna cavab olaraq, atəş səsləri eşidilir, rezin güllələrdən istifadə edilir.

Polislər gözyaşardıcı qazdan hələ istifadə etmirlər, çünki nümayişçilərin sıralarında çoxlu qadın və uşaq var.

Bazar ertəsi Livan hökumətinin istefası ölkədə siyasi gərginliyi azaltmayıb. İndi müxalifət Prezident Mişel Aunun hakimiyyətindən getməsini, Deputatlar Palatasının buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter