ABŞ-da etirazçılar bank binasını da yandırdılar
- 30.05.2020, 20:15,
- Hadisə
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da polis tərəfindən öldürülən qaradərili Corc Floyd üçün təşkil olunan nümayişlərdə “Wells Fargo”ya məxsus bank binası etirazçılar tərəfindən yandırılıb.
"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, sözügedən maliyyə qurumunun bir filialı Minneapolis şəhər polis departamentinin yanında yerləşir. Kontrplak panellərlə bağlanmış qapıların yanğına məruz qaldığı, binanın sındırılmış şüşələrindən tüstünün çıxdığı bildirilib.
Bununla yanaşı filialın yaxınlığında yerləşən bir bankomat və bir avtomibilin də yandırıldığı məlum olub.