Bayden qalib kimi danışdı, Tramp seçkilərin bitmədiyini bildirdi

  • 07.11.2020, 21:35,
  • Dünya
  • Baxılıb: 30
Bayden qalib kimi danışdı, Tramp seçkilərin bitmədiyini bildirdi

Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Bayden seçkilərdə qələbəsini elan edib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə o, Tvitterdə yazıb.

“Amerika kimi böyük ölkəyə rəhbərlik etmək üçün seçilmək mənim üçün şərəfdir. Qarşıda bizi çətin iş gözləyir, ancaq söz verirəm ki, mənim üçün səs verən və verməyən bütün amerikalıların prezidenti olacağam. Yarış bitdi. Sərt və kəskin bəyanatları unutmağın və vahid ölkə kimi davranmağın vaxtı gəldi. Amerika üçün birləşmək və sağalmaq vaxtıdır”, - deyə Bayden qeyd edib.

Co Baydenin bu paylaşımından sonra rəqibi Donald Trampın seçki qərargahı bəyanat yayıb. Bəyanatda deyilir:

“Biz bilirik ki, Co Bayden nə üçün özünü yalançı qalib elan etməyə tələsir, nə üçün onun müttəfiqi olan KİV ona kömək etməyə çalışır: onlar həqiqətin üzə çıxmasını istəmirlər. Seçkilər hələ bitməyib. Co Bayden rəsmi şəkildə hər hansı ştatda belə qalib elan olunmayıb”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter