Bayden Trampı Corc Buşla səhv saldı

  • 26.10.2020, 14:20,
  • Dünya
  • Baxılıb: 35
Bayden Trampı Corc Buşla səhv saldı

Amerikada Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden oktyabrın 25-də “Səs verəcəm” onlayn verilişində çıxışı zamanı hazırkı Prezident Donald Trampı keçmiş Prezident Corc Buşla səhv salıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “The New York Post” məlumat verib.

“Corcun rəhbərliyi altında daha 4 il... Tramp yenidən seçilsə, başqa bir dünyaya düşəcəyik”,- deyə Bayden çıxışında bildirib.

Bundan əlavə, o, Tramp ilə birlikdə yarışdığı 2020-ci il seçkilərini “uzun zamandan sonra ən mənalı seçkilər” olaraq dəyərləndirib.

Xatırladaq ki, Corc Uoker Buş ABŞ-ın 43-cü Prezidenti olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter