Koronavirusa yoluxan Soylu səhhətindən yazdı

  • 05.11.2020, 20:20,
  • Dünya
  • Baxılıb: 31
Koronavirusa yoluxan Soylu səhhətindən yazdı

Koronavirusa yoluxan Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu səhhəti ilə bağlı açıqlama yayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ailə üzvləri ilə birlikdə infeksiyaya yoluxan nazir həyat yoldaşı ilə qızının koronavirus testinin neqativ çıxdığını bildirib:

“Bir müddətdir xəstəxanada davam edən müalicəmiz həkimlərin də məsləhəti ilə evdə davam edəcək. Həyat yoldaşım və qızımın testi neqativ oldu”.

Soylu onun səhhəti ilə maraqlanan Prezident Rəcəb Tayyib Ərdoğana, Səhiyyə nazirinə, tibb işçilərinə təşəkkürünü bildirib, hamını karantin qaydalarına riayət edərək təmkinli və tədbirli olmağa çağırıb.
Koronavirusa yoluxan Soylu səhhətindən yazdı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter