İcra başçısı koronavirusa yoluxan məmura zəng edib
- 30.06.2020, 11:50,
- Siyasət
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinksi və ailə üzvləri koronavirusa yoluxub. "Qanunyolu.info.az", “Qafqazinfo”nun məlumatına istinadən, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Məcid Şıxlınskiylə telefon əlaqəsi saxlayıb, Təhsil Şöbəsinin müdiri və ailə üzvlərinin səhhəti ilə maraqlanıb. Onlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.
Məcid Şıxlınski bildirib ki, vəziyyətləri yaxşıdır, buna görə də hazırda evdə təcrid olunaraq müalicələrini davam etdirirlər.