Bayden prezident seçkilərində öndədir
- 04.11.2020, 10:30,
- Dünya
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da keçirilən ümumi seçkilər 3 noyabr yerli vaxtla saat 20: 00-da (Bakı vaxtı ilə 4 noyabr saat 10:00) başa çatıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, seçkilərdə bağlanan son məntəqə Birləşmiş Ştatların qərb qəsəbəsində, təxminən 300 nəfərlik əhalisi olan Aleut adalarındakı Adyak kəndində olub.
Qeyd edək ki, ABŞ-da bir prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasının 435 üzvü, 13 əyalət və ərazi valisi və yerli hökumət məmurlarının seçilməsi üzrə ümumi seçkilər keçirilib. Namizədlərin qazanmaq üçün 538 seçici səsdən 270-ni toplaması gərəkdir.
CNN telekanalının verdiyi məlumata görə, Bayden indiyə qədər 223, Tramp isə 174 səs toplayıb.