Gürcüstanda yeni rekord - Qonşu ölkələrdə son vəziyyət

  • 03.11.2020, 14:40,
  • Dünya
  • Baxılıb: 16
Gürcüstanda yeni rekord - Qonşu ölkələrdə son vəziyyət

Gürcüstanda son 24 saat ərzində daha 1 943 nəfərdə “COVID-19” aşkarlanması ilə gündəlik yoluxma sayında rekord qeydə alınıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bununla ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 44 min 522-yə çatıb. Sutka ərzində daha 20 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 362-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 28 min 633 nəfərdir.

Rusiyada isə son bir gündə 18 min 648 yeni yoluxma faktı qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 355 pasiyent ölüb, 15 min 331 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 1 milyon 673 min 686 nəfər insan koronavirusa yoluxub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter