Rusiya və Gürcüstanda yeni rekord
- 19.10.2020, 12:30,
- Dünya
Baxılıb: 14
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son bir gündə 15 min 982 yeni yoluxma faktı qeydə alınıb."Qanunyolu.info.az", “Qafqazinfo”-nun xəbərinə istinadən, koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 179 pasiyent ölüb, 5 min 328 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 1 milyon 415 min 316 nəfər insan koronavirusa yoluxub.
Gürcüstanda isə son 24 saat ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.Belə ki, 1 186 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 18 min 663-ə çatıb.
Sutka ərzində daha 7 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 143-ə çatıb. 278 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 8 min 338-dir.