Gürcüstanda son sutkada 1351 nəfər yoluxdu

  • 21.10.2020, 12:10,
  • Xəbər
  • Baxılıb: 12
Gürcüstanda son sutkada 1351 nəfər yoluxdu

Gürcüstanda son 24 saat ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, daha 1 351 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 21 min 208-ə çatıb.

Sutka ərzində daha 14 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 172-yə çatıb.

Ümumilikdə sağalanların sayı isə 9 min 3 nəfərdir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter