Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk bu ölkənin “Dəmir Qübbə” sisteminin Azərbaycanda mülki əhalinin qorunması üçün istifadə edilməsi təklifini irəli sürüb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, keçmiş səfir bu barədə öz tvitter hesabında yazıb.

“Sderot, Aşkelon və Beer-Şevadan olan israillilərə bu hekayə tanışdır. Döyüş meydanındakı itkiləri tarazlaşdırmaq üçün mülki əhaliyə raketlər atılır. Biz “Dəmir Qübbə” sistemini Azərbaycanla bölüşməliyik”- deyə Artur Lenk vurğulayıb.

Qeyd edək ki, “Dəmir Qübbə” İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısamənzilli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter