“BMT-nin mülki əhalini qorumaq çağırışını xatırladıram” - Qulam İsakzai
- 12.10.2020, 20:05,
- Siyasət
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
"Gəncə şəhərinə böyük hücumun baş verdiyi yeri ziyarət etdim. Həlak olanlara başsağlığı verirəm, yaralananlara şəfa diləyirəm"."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Tvitter hesabında yazıb.
"BMT Baş Katibliyinin mülki əhali və infrastrukturu beynəlxalq humanitar qanunlar çərçivəsində qorumaq çağırışını yenidən xatırladıram. Ehtiyac olduğu təqdirdə BMT humanitar ehtiyacları qarşılamağa hazırdır", - deyə Qulam İsakzai qeyd edib.