Türkiyədə Polad Həşimov adına park açıldı - Foto
- 28.10.2020, 20:20,
- Dünya / Xəbər
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.
Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.
Qeyd edək ki, general Polad Həşimov adına park Bursanın Osmanqazi Bələdiyyə Məclisinin qərarı ilə salınıb.