Həmin videoda Polad Həşimovla Raquf Orucov olmayıb

  • 20.07.2020, 13:50,
  • Xəbər
  • Baxılıb: 37
Həmin videoda Polad Həşimovla Raquf Orucov olmayıb












Ötən gün sosial şəbəkələrdə bir qrup zabitin 1992- ci ildə Türkiyəyə hərbi təhsil almağa yola salınmasının videosu yayılıb. Məlumatda onları qonşu ölkəyə sabiq Prezident Əbülfəz Elçibəyin göndərməyi də əks edilib. Əsas müzakirə mövzusu isə həmin zabitlər içərisində aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun və Tovuz döyüşlərində şəhid olmuş general-mayor Polad Həşimovun olub-olmamasıdır.

Məlumatı dəqiqləşdirmək üçün hər iki şəhidin ailə üzvləriylə əlaqə saxladıq. R. Orucovun həyat yoldaşı Sevinc Orucova "Qanunyolu.info.az", “Qafqazinfo”ya istinadən bildirib ki, R. Orucov 1992-ci ildə Özbəkistandakı Sovet ordusunda xidmətini yarımçıq qoyub Azərbaycana gəlib: “O, bu illərdə Ağdamın müdafiəsinə qoşulub. Həmin görüntülərdə Raquf Orucov yoxdur. R. Orucov ümumiyyətlə Türkiyədə hərbi təhsil almayıb”.

General-mayor P. Həşimovun qardaşı İlham Həşimov da saytımıza bildirib ki, həmin görüntülərdə qardaşı yoxdur: “Polad 1992- ci ildə Ali Hərbi Məktəbdə kursant olduğu müddətdə Qarabağ döyüşlərində Ağdamda N saylı hərbi hissədə olub. O, 1994 və 1997- ci illərdə Türkiyədə hərbi təhsilini davam etdirib”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter