Atambayev aclıq aksiyasına başladı

  • 26.10.2020, 17:00,
  • Dünya
  • Baxılıb: 24
Atambayev aclıq aksiyasına başladı

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin təcridxanasından 1 saylı paytaxt təcridxanasına köçürüldükdən sonra aclıq aksiyasına başlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə eks-Prezidentin vəkili Sergey Slesarev məlumat verib.

“O, 1 saylı paytaxt təcridxanasına köçürülüb. Buna etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb”,- deyə Slesarev qeyd edib.

Xatırladaq ki, A. Atambayev oktyabrın 6-na keçən gecə iğtişaşlar zamanı tərəfdarları tərəfindən Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasından azad edilmişdi. Daha sonra isə, 10 oktyabrda yenidən xüsusi xidmət orqanları tərəfindən saxlanılmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter