Tramp iğtişaşlara görə qoşun göndərməyə hazırlaşır

  • 30.05.2020, 22:01,
  • Dünya
  • Baxılıb: 38
Tramp iğtişaşlara görə qoşun göndərməyə hazırlaşır












ABŞ Prezidenti Donald Tramp Minneapolis ştatında afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşları yatırtmaq üçün qoşun göndərməyə hazır olduğunu bildirib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri belə bir addımı yerli hökumətin istəyindən sonra atacağını bildirib.

“Əgər onlar istəsələr, bizim silahlı qüvvələrimiz hazırdır. Biz tez bir zamanda əsgərləri göndərə bilərik”, - deyə Trampın bəyanatında deyilir.

Amerikalı liderin sözlərinə görə, hərbçilər “sərt, güclü və hörmətli” olmalıdırlar:

“Həmin insanlar pis radikal solçulardır. Onlara bu cür davranmağın yolverilməz olduğunu öyrətmək lazımdır”.

Tramp polisin daha sərt davranmalı olduğunu da qeyd edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter