“Samsung”un rəhbəri vəfat etdi
- 25.10.2020, 06:30,
- Dünya / Xəbər
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
“Samsung” konserinin sədri Li Qon Hi bazar günü Seulda xəstəxanada dünyasını dəyişib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “Yonhap” agentliyi xəbər verib.Məlumata görə, Li Qon Hi 2014-cü ildə keçirdiyi ürəktutmadan sonra ağır xəstə idi. Onun 78 yaşı var idi.
Qeyd edək ki, Li Qon Hi “Samsung Group”a 1987-ci ildən sədrlik edirdi. 2016-cı ildə o, “Forbes” jurnalı tərəfindən Cənubi Koreyanın ən zəngin insanı adlandırılmışdı. Nəşrin qiymətləndirməsinə görə, 2020-ci ilin oktyabrında onun sərvəti 20,9 milyard dollar təşkil edirdi.