Rusiyada rekord göstərici - 16 min nəfər yoluxdu
- 18.10.2020, 12:15,
- Dünya
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son sutka ərzində 15 min 99 nəfərdə koronavirus aşkarlanıb, bununla ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 1 milyon 399 min 334-a çatıb.
Son sutkada daha 185 nəfərin vəfatı ilə isə virus qurbanlarının sayı 24 min 187-ə yüksəlib.
Bundan əlavə, indiyədək 1 milyon 70 min 576 nəfər sağalıb.