Rusiyada son sutkada 14 minə yaxın yoluxma
- 15.10.2020, 12:30,
- Xəbər
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son sutka ərzində 13 min 754 nəfərdə koronavirus aşkarlanıb, beləliklə ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 1 milyon 354 min 163-ə çatıb.
Son sutkada daha 286 nəfərin vəfatı isə virus qurbanlarının sayı 23 min 491-ə yüksəlib.
Bu günə qədər 1 milyon 48 min 97 nəfər xəstəlikdən sağalıb.