Beyrutdakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb
- 05.08.2020, 12:45,
- Dünya
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Beyrutda baş vermiş partlayış nəticəsində yaralanan Türkiyə vətəndaşlarının sayı 6-ya çatıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitter hesabında açıqlama verib.
“Livandakı partlayışda yaralanan vətəndaşlarımızın sayı 6-ya çatıb. Onlardan 5-i yüngül xəsarətlər alıb. Əməliyyat olunan vətəndaşımızın vəziyyəti isə yaxşıya doğru gedir. Ailələri ilə əlaqədəyik”,- deyə nazir açıqlamasında bildirib.
Bundan əlavə, Ermənistan XİN-in məlumatına görə, partlayış nəticəsində 6 erməni ölüb, təxminən 100-ü xəsarət alıb.
Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda pirotexniki anbarda baş verən partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4000 mindən çox insan xəsarət alıb.