Belarusda güc sturukturları etirazçılarla həmrəy oldu - Video + Yenilənib
- 14.08.2020, 19:00,
- Dünya
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Müstəqillik meydanında, Belarus Hökumət Evinin və MSK binasının yerləşdiyi ərazidə güc strukturları əməkdaşları nümayişçilərlə həmrəylik əlaməti olaraq əllərindəki qalxanları endirib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.
Həmin əraziyə toplaşan minlərlə insan Prezidentin istefasını tələb edir.
Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən Aleksandr Lukaşenko növbəti dəfə prezident seçilib.
***
Minskdə Hökumət Evinin yaxınlığında etirazçılar güc strukturları əməkdaşlarını qucaqlayıb, onların əllərini sıxıblar."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
Ancaq bir müddətdən sonra Daxili Qoşunlar etirazçıları Hökumət Evinin yaxınlığından sıxışdırıb çıxartmağa başlayıblar.
***
Hökumətin Evinin qarşısında 10 mindən çox adam toplaşıb.Onlar prezident seçkilərinin yenidən keçirilməsini, həmçinin zorakılığın dayandırılmasını tələb edirlər. Etirazçılar bildirir ki, əks halda onlar tətilləri davam etdirəcəklər.
