Lukaşenko xalqa təcili müraciət hazırlayır - Yenilənib
- 14.08.2020, 00:30,
- Siyasət
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Belarus Prezidenti Aleksandr Lukaşenko etirazların gedişində bütün saxlanılma faktlarını araşdırmağı tapşırıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının spikeri Natalya Koçanova "Belarus 1"in efirində bildirib.
Onun sözlərinə görə, dövlət başçısı “əmək kollektivlərinin fikrini eşidib” və bu istiqamətdə işlərin görülməsinə çağırıb. “Artıq bu gün axşam icazəsiz tədbirlərdə iştirak etməmək öhdəliyi ilə mindən artıq insan buraxılıb” - deyə parlamentin spikeri bildirib və əlavə edib ki, Belarusa “dava və müharibə” lazım deyil.
Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub.
***
Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa təcili müraciət hazırlayır."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “Kommersant FM” radiostansiyası dövlət başçısının mətbuat katibi Natalya Eysmonta istinadən tvitterdə yazıb.
