Ermənistanda qəzada 1 hərbçi ölüb, 3-ü yaralanıb
- 06.08.2020, 12:30,
- Hadisə / Xəbər
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın şimalında baş verən yol qəzasında bir müqaviləli hərbi qulluqçu ölüb, 3 hərbçi xəsarət alıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, avqustun 6-da səhər saatlarında Ermənistanın şimalındakı Gümrü-Spitak magistral yolunda ölümcül qəza baş verib.
Qəzada ölən A. Spartak adlı şəxsin müqaviləli hərbi qulluqçu olduğu bildirilib. Onunla birlikdə daha üç hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların xəstaxanaya yerləşdirildiyi bildirilib.