Moskvada koronavirusa qarşı kollektiv immunitet yaranıb

  • 11.07.2020, 12:45,
  • Dünya
  • Baxılıb: 67
Moskvada koronavirusa qarşı kollektiv immunitet yaranıb












Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin paytaxt vətəndaşlarında koronavirus infeksiyasına qarşı kollektiv immunitetin yarandığını bildirib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Sergey Sobyanin bu barədə "Rossiya 24" telekanalına açıqlama verib: "İstənilən halda inanıram ki, Moskva əhalisində koronavirusa qarşı kollektiv immunitet yaranıb və bu bizə məhdudiyyətləri inamla götürməyə imkan verir".

O həmçinin bildirib ki, ölkədə COVID-19 pandemiyasının ikinci dalğasını gözləmir: "Görürəm ki, hər şeyə baxmayaraq zirvəni keçmişik".

Eyni zamanda, Moskva merinin müavini Anastasiya Rakova iyunun 19-dan iyulun 2-dək COVID-19 immunitetinin dördüncü mərhələsində iştirak edən 98 min Moskva sakinindən 21,7% -də koronavirusa qarşı antikorların aşkarlandığını bildirib.

Qeyd edək ki, Moskvada mayın 15-dən etibarən kütləvi antikor testləri aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter