Moskvada karantin rejimi uzadıldı

  • 07.05.2020, 20:16,
  • Kriminal
  • Baxılıb: 29
Moskvada karantin rejimi uzadıldı












Rusiyanın paytaxtı Moskvada koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər mayın 31-dək uzadılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin fərman verib.

Əksər təşkilatların, eləcə də mədəniyyət müəssisələrinin, parkların açılmasına qoyulan qadağa davam edəcək. Ancaq mayın 12-dən etibarən sənaye və tikinti müəssisələrinin fəaliyyəti bərpa olunacaq.

Bundan başqa, 1-ci, 8-ci və 10-cu siniflərin şagirdləri 18-31 may tarixlərində onlayn dərslərə davam edəcəklər. 9 və 11-ci sinif şagirdləri də distant təhsil alacaqlar. Ümumi illik qiymətləndirmə 15 maydan gec olmayaraq aparılacaq.

Əvvəllər verilmiş iş icazələri avtomatik olaraq mayın 31-dək uzadılacaq.

Həmçinin, ictimai nəqliyyatda və ticarət obyektlərində maska taxmaq və əlcək geyinmək məcburi olacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter