Əkrəm İmamoğlu Aya Sofya məsələsinə münasibət bildirdi

  • 11.07.2020, 10:50,
  • Dünya
  • Baxılıb: 71
Əkrəm İmamoğlu Aya Sofya məsələsinə münasibət bildirdi












İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofyanın məscidə çevrilməsi qərarına münasibət bildirib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Yunanıstanda keçirilən Delphi İqtisadi Forumuna telekonfrans vasitəsilə qatılan Əkrəm İmamoğlu Aya Sofyanın ibadətə açılması və məscidə çevrilməsi ilə bağlı sualı cavablandırıb:

“Aya Sofyanın ibadət üçün açılmasına ehtiyac olduğuna inanmıram. Türkiyə və dünyanın başqa problemləri var və bu məsələ daxili siyasət vasitəsi olaraq istifadə edilməməlidir".

O həmçinin bildirib ki Türkiyədəki ibadət yerləri və tarixi abidələrə görə İstanbul Bələdiyyəsi deyil, mərkəzi hökumət və Turizm Nazirliyi məsuliyyət daşıyır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter