Rusiya Qazaxıstana koronavirusla bağlı dərmanlar göndərir

  • 08.07.2020, 10:45,
  • Dünya
  • Baxılıb: 21
Rusiya Qazaxıstana koronavirusla bağlı dərmanlar göndərir












Rusiya koronavirusla mübarizədə kömək etmək üçün Qazaxıstana dərman tədarük etməyə başlayıb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Oleq Qridnev "Rossiya 24" telekanalına açıqlama verib.

"Bu dərmanların siyahısı artıq müəyyənləşdirilib, humanitar yardımlar yaxın vaxtlarda Qazaxıstana çatacaq",-deyə Qridnev bildirib.

Onun sözlərinə görə, ilk yardım təyyarəsi iyulun 7-də axşam Qazaxıstana yola düşüb.

Qeyd edək ki, Qazaxıstanda 51 059 insan koronavirusa yoluxub, 264 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter