ABŞ koronavirusu sağaldan dərmanın 3 aylıq ehtiyatını satın aldı
- 01.07.2020, 21:55,
- Dünya
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ koronavirusun müalicəsi üçün təsdiqlənən Remdesivir dərmanının üç aylıq ehtiyatını satın alıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
“Onlar praktiki olaraq preparatın, demək olar ki, əksəriyyətini satın alıblar. Avropa üçün heç nə qalmayıb”, - deyə Liverpul universitetinin elmi əməkdaşı Endryu Hill bildirib.
Nəşrin məlumatına görə, bu o deməkdir ki, yaxın zamanlarda heç bir ölkə lazım olan qədər preparat ala bilməyəcək.
Qeyd edək ki, Remdesivir dərmanını qəbul edən koronavirus xəstəsi 4 günə sağalır. Bir pasiyentə lazım olan dərman kursunun məbləği isə 2 min dollardan çoxdur.