ABŞ-da koronavirus dərmanı təsdiqləndi
- 02.05.2020, 22:07,
- Dünya
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da "Remdesivir" antiviral pereparatının "Covid-19" xəstələrinin müalicəsində istifadəsinə icazə verilib."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası ( FDA ) açıqlama yayıb. "Remdesivir" antiviral pereparatının bir sıra xəstələrdə sağalma müddətini qısaltdığı müşahidə olunub. Belə ki, "Remdesivir" verilən xəstələrin orta hesabla 11 günə sağaldığı, plasebo verilən xəstələrdə isə bu müddətin 4 gün daha çox olduğu bildirilib. Qeyd olunub ki, eksperimental pereparat yalnız ağır vəziyyətdə olan xəstələrin müalicəsində istifadə olunacaq.
Dərman "COVID-19" xəstəliyinin ağır fazasında olan azyaşlılar və yetkinlərə verilməsinə icazə verilib.
Qeyd edək ki, "Remdesivir", 2015-ci ildə Amerikanın dərman firması "Gilead Sciences Inc" tərəfindən hazırlanmışdır . Dərman bu günə qədər Afrikada Ebola epidemiyası zamanı sınaqdan keçirilmiş, həmçinin SARS və MERS infeksiyalarının müalicəsində istifadə edilmişdir.