Bu da Türkiyənin hazırladığı koronavirus dərmanının - Fotosu
- 12.06.2020, 13:35,
- Dünya
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin istehsal etdiyi “Favipiravir” preparatının yerli sintezi olan “Favicovir” dərmanının fotoları yayımlanıb."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank koronavirusa qarşı istifadə olunan “Favipiravir” preparatının yerli imkanlarla istehsalına başlanıldığını açıqlayıb.
Türkiyədə istehsal ediləcək “Favicovir” adlı antiviral dərmanın dünyada koronavirusa qarşı effektiv olan 4 dərmandan biri olduğu və yüksək hərarət simptomu müşahidə olunan xəstələrdə effektiv nəticə göstərdiyi bildirilib.
Səhiyyə naziri Fəxrəddin Qoca isə dərmanın tez bir zamanda lisenziyalaşdırılması üçün təlimat verib. Lisenziyalaşdırılma başa çatdıqdan sonra dərmanın həm Türkiyədə istifadə olunacağı, həm də xarici ölkələrə ixrac ediləcəyi deyilib.
Qeyd edək ki, dərmanın əsasını təşkil edən Yaponiya istehsallı “Favipiravir” preparatı koronavirusa qarşı effektivliyi müşahidə olunan ilk preparatlardan hesab olunur.