Bu ölkədə yeganə maddə üzrə qüvvədə olan ölüm hökmü ləğv edildi
- 29.04.2020, 00:05,
- Dünya
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərkəzi Afrika ölkəsi Çadda yeganə maddə üzrə - terrorçuluq fəaliyyətinə görə (cinayət məcəlləsinin 4-cü maddəsi) qüvvədə olan ölüm hökmü ləğv edilib.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qərar Çad Milli Məclisi tərəfindən səs çoxluğu ilə qəbul edilib.
Qeyd edək ki, ölkədə ölüm hökmü 2014-cü ildə rəsmi şəkildə ləğv edilsə də, 2015-ci ildə hökm sadəcə terrorçuluq fəaliyyətinə görə yenidən qüvvəyə minib.
“Boko Haram” radikal qruplaşmasının 2015-ci ildə paytaxt Ncamenada polis akademiyasına hücumundan sonra qruplaşmanın ələ keçirilən üzvlərinin hamısı edam edilmişdi.