Türkiyə bu ölkələrdən turist gəlməsinə icazə verməyəcək
- 20.05.2020, 21:08,
- Dünya
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə iyundan etibarən koronavirusa yoluxma faktı yüksək olan ölkələrdən turist qəbul etməyəcək."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, həmin ölkələr sırasında xüsusilə Rusiya var.
“Biz turizm mövsümünə yalnız daxili turizmlə başlayacağıq. Turist gəlməyini gözlədiyimiz ölkələrdəki vəziyyətə baxacağıq. Biz Rusiyadan və koronavirusa yoluxma riski yüksək olan digər ölkələrdən gələnləri qəbul etməyi düşünmürük”, - deyə Qoca bildirib.
Nazir, həmçinin, əlavə edib ki, ölkə daxilində səyahətə hazırlaşanlar da xüsusi mobil tətbiqetmədən istifadə etməlidirlər:
“Xüsusi kod əldə edilməlidir. Səyahətə çıxmaq istəyən şəxsdə koronavirusa yoluxma riski olarsa, ona icazə verilməyəcək”.