Bu ölkə koronavirusa qarşı qələbəsini elan etdi
- 28.04.2020, 00:30,
- Dünya
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni Zelandiyada martın 25-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi bu gecədən etibarən başa çatacaq."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Jacinda Ardern bildirib. O qeyd edib ki, ölkədə bazar günü sadəcə bir yoluxma faktı qeydə alınıb. Ümumilikdə 1469 nəfərin yoluxduğu xəstəlikdən 19 nəfər dünyasını dəyişib.
Ardern ölkənin sərhədlərinin hələ bir müddət bağlı qalacağını bildirib:
“Son günlər yoluxma sayının azalması yeni yoluxmanın olmayacağı kimi başa düşülməməlidir. Kollektiv səylərimizlə başımıza gələ biləcək ən böyük bədbəxtliyin qarşısını aldıq və bu mübarizəni qazandıq”.