İtaliya ilin sonunadək turist qəbul etməyəcək

  • 27.04.2020, 00:14,
  • Dünya
  • Baxılıb: 15
İtaliya ilin sonunadək turist qəbul etməyəcək












İtaliya ilin sonuna qədər xarici turistlər üçün sərhədlərini açmayacaq. "Qanunyolu.info.az", “Qafqazinfo”ya istinadən bildirir ki, bunu “La Republica” qəzetinə müsahibəsində ölkənin Mədəniyyət və Turizm naziri Dario Françeskini deyib.

“Hər bir dövlətin epidemioloji durumundan və siyasətindən asılı olacaq. Beynəlxalq turizm bu il olmayacaq”, - “TASS” Françeskininin sözlərini sitat gətirir.

Nazirin sözlərinə görə, İtaliyada mədəni görməli yerlər may ayında açılacaq. Onların arasında – Kolizey və Pompey. O bildirib ki, yalnız təhlükəsizlik tədbirlərini təmin edə biləcək görməli yerlər açılacaq.

Xatırladaq ki, İtaliyada bütün muzeylər, sərgilər və mədəniyyət müəssisələri martın 8-dən bağlanıb. Məhdudiyyətlərin mayın 4-dən tədricən ləğv edilməsi gözlənilir.

Qeyd edəki, İtaliyada koronavirusa 192 994 nəfər yoluxub ki, onlardan da 25 969-u vəfat edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter