Moskvada “Crocus City Hall”da terror aktı - 40 ölü, 130 yaralı

Moskvada “Crocus City Hall”da terror aktı - 40 ölü, 130 yaralı

Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

“Qanunyolutv.az” TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını yazıb.

“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğının qeydə alındığı bildirilir.

Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzi azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.
****

“112” teleqram kanalının məlumatına görə, hücum zamanı 40 nəfər həlak olub, daha 130 nəfər isə yaralanıb.
****

Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktı nəticəsində 40 nəfərin həlak olmasını təsdiq edib.

Bildirilir ki, hazırda 100-dən çox şəxsin yaralandığı məlumdur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter