Vyanada terror aktı: 7 nəfər öldü - Yenilənib
- 02.11.2020, 00:50,
- Dünya
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında atışma baş verib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya isitnadən xəbər verir ki. biri polis olmaqla bir neçə nəfər yaralanıb. İnsidenti törədən şəxs özünü partladaraq intihar edib. Polis hazırda hadisənin səbəblərini araşdırır.
Şəhər əhalisinə ictimai yerlərdən və nəqliyyatdan uzaq durmaq, foto, video paylaşmamaq tövsiyə olunub.
Avstriya Daxili İşlər Nazirliyi hadisənin terror aktı olma ehtimalını istisna etməyib.
****
Terror aktı nəticəsində 7 nəfər ölüb. Daxili İşlər naziri Karl Nehammer silahlı hücumu bir neçə nəfərin təşkil etdiyini bildirib. Onlardan birinin öldüyü, digərinin isə ələ keçirildiyi deyilir. Sinaqoq yaxınlığında ümumilikdə 50 dəfə atəş açıldığı qeyd olunub.