“Vaqner” qüvvələri Voroneji də tərk edir

  • 25.06.2023, 13:30,
  • Dünya
  • Baxılıb: 5
“Vaqner” qüvvələri Voroneji də tərk edir

“Vaqner” özəl hərbi şirkətinin bölmələri Rusiyanın Voronej vilayətinin ərazisini tərk edir.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məlumatı vilayətin rəhbəri Aleksandr Qusev öz teleqram kanalında açıqlayıb.

Məlumata görə, bölgədə tətbiq edilən məhdudiyyətlər və təhlükəsizlik tədbirləri vəziyyət tam nizamlandıqdan sonra ləğv olunacaq.

O, həmçinin hərbi texnikanın hərəkəti səbəbindən dəyən ziyanın aradan qaldırılması üçün tədbirlər görüləcəyini də vurğulayıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib. Şirkətin bölmələri artır Rostovu tərk edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter