Rusiyadakı hadisələrlə bağlı növbədənkənar iclas keçirdi

  • 25.06.2023, 11:00,
  • Dünya
  • Baxılıb: 3
Rusiyadakı hadisələrlə bağlı növbədənkənar iclas keçirdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyada baş verən hadisələrlə bağlı ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məlumatı Tokayevin Mətbuat xidməti yayıb.

İclas zamanı Tokayev Baş nazirin, Baş prokurorun, Milli Təhlükəsizlik Komitəsinin sədrinin, müdafiə nazirinin, daxili işlər nazirinin, XİN rəhbərinin Rusiyadakı vəziyyətlə bağlı göstərişlərin icrasına dair görülən tədbirlərin hesabatlarını dinləyib.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter