Uhanda koronaviruslu xəstələrin hamısı sağaldı
- 27.04.2020, 00:10,
- Dünya
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Çinin Hubey əyalətinin Uhan şəhərinin xəstəxanalarında koronaviruslu xəstə qalmayıb. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Min Fen bildirib.“Uhan həkimləri və onlara kömək edən bütün ölkə həkimlərinin sayəsində 26 aprel tarixindən etibarən Uhan xəstəxanalarında koronavirus infeksiyası olan pasiyentlərin sayı sıfırdır”, - “RİA Novosti” Mi Fenin sözlərini sitat gətirir.
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 325 yoluxma halı qeydə alınıb.