Gürcüstanda etirazlara səbəb olan qanun nəyi nəzərdə tutur?

Gürcüstanda etirazlara səbəb olan qanun nəyi nəzərdə tutur?

Xəbər verdiyimiz kimi, Tbilisidə martın 7-8-i parlamentin qarşısında “xarici agentlər” haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyası keçirilib. 133 nəfərin saxlanıldığı aksiyada 5 mindən 10 minə qədər etirazçının iştirak etdiyi bildirilir.

“Qanunyolutv.az”-ın məlumatına görə, Gürcüstanda sözügedən qanun layihəsinə qarşı etirazlar hələ martın 2-dən başlanılıb. Layihə müzakirə olunduqda çox sayda insan parlamentin qarşısına toplaşaraq öz etirazlarını bildiriblər.

Gürcüstan parlamenti martın 7-si birinci oxunuşda qanun layihəsini qəbul etdikdən sonra 2 gün ərzində keçirilən aksiyalarda isə əsasən jurnalistlər, müxalifət nümayəndələri və aktivistlər üstünlük təşkil edib.

Bəs kütləvi etirazlara səbəb olan qanun layihəsi nəyi nəzərdə tutur?

Fevral ayında “Xalqın gücü” hərəkatının üzvləri parlamentə “xarici agentlər” barədə “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanun layihələrini təqdim edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter