Rusiya Ukraynaya “İsgəndər” atdı - Video+Yenilənib
- 28.02.2022, 21:30,
- Dünya
Baxılıb: 41
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın paytaxtı Kiyevə bir neçə böyük partlayış səsləri eşidilib.“Qanunyolu.info.az” xəbər verir ki, bununla bağlı görüntüləri “The Kyiv Independent” yayıb.
Bildirilib ki, Ukrayna-Rusiya müzakirələrinin bitməsindən sonra Rusiya qüvvələri Kiyevə yenidən hücum edib. Qeyd edilib ki, hazırda həyəcan siqnalı çalınır və əhali ən yaxın sığınacağa getməlidir.
****
Kiyevə “İsgəndər” ballistik raketi atılıb.Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Teleqramda yazıb.
O bildirib ki, hazırda dəqiq yer və qurbanlar müəyyənləşdirilir.
****
“The Kyiv Independent”in yeni yaydığı məlumata görə, "İsgəndər" Kiyevin Brovari bölgəsinə düşüb.