Məşhur narkobaronun arvadı həbs edildi - Video

Məşhur narkobaronun arvadı həbs edildi - Video

Meksikalı narkobaron, “El Manço” ləqəbi ilə tanınan Nemesio Oseqera Sevantesin arvadı həbs edilib.

“Qanunyolu.info.az” Reuters-ə istinadən xəbər verir ki, narkobaronun arvadı Rosalinda Qonzales Valensiya Halisko ştatının Zapopan şəhərində saxlanılıb.

O, ölkənin Müdafiə Nazirliyi tərəfindən ələ keçirilib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Qonzales müxtəlif cinayətlər törətdiyinə görə saxlanılıb. Məlumata görə, narkobaronun arvadı həmçinin mütəşəkkil cinayətkar qruplaşmanın qanunsuz maliyyə əməliyyatında iştirak edib.
Məşhur narkobaronun arvadı həbs edildi - Video

Qeyd edək ki, “El Manço” Halisko Yeni Nəsil Kartelinin (CJNG) lideridir. O, Meksika və ABŞ-da ən çox axtarılan narkobaronlardan biridir. ABŞ 2018-ci ildə onun yerini deyəcək şəxsə 10 milyon dollar mükafat vəd edib. Oseqera narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıqda iştirak və qanunsuz olaraq odlu silah saxlamağa görə axtarışda olub. Onun rəhbərliyi ilə CJNG Meksikadakı əsas təhlükəli cinayət təşkilatlarından birinə çevrilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter