Tacikistanda Səhiyyə naziri istefaya göndərildi
- 06.05.2020, 20:20,
- Dünya
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+

Tacikistanın Səhiyyə naziri Nasim Olimzoda istefaya göndərilib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Prezident Emomali Rəhmon müvafiq sərəncam imzalayıb.
Onun vəzifəsindən azad edilmə səbəbi açıqlanmır.
Digər bir sərəncamla Jamoliddin Abdullozoda yeni Səhiyyə naziri təyin olunub.
Qeyd edək ki, Tacikistanda 293 koronavirusa yoluxma faktı aşkarlanıb, 5-i ölümlə nəticələnib.