Moskvada genişmiqyaslı anti-terror əməliyyatı - Video
- 26.08.2021, 11:40,
- Dünya
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın paytaxtı Moskva şəhərində nəhəng anti-terror əməliyyatı keçirilib.“Qanunyolu.info.az” xəbər verir ki, xüsusi təyinatlılar Moskvada və Rusiyanın bir sıra digər bölgələrində “Katib Tauhid val-cihad” terror təşkilatının 31 üzvünü saxlayıb.
Bildirilir ki, bu şəxslər öz sıralarına yeni insanları cəlb etmək və onları Suriyaya göndərməklə məşğul olublar.
Saxlanılan şəxslərdən qadağan olunmuş dini kitablar, təxribat yönümlü videomateriallar, elektron məlumat daşıyıcıları və bank kartları götürülüb.
Qeyd olunur ki, məsələ ilə bağlı cinayət işi başladılıb və bu istiqamətdə tədbirlər davam etdirilir.