Gürcüstanda LGBT qarşıdurması - Saxlanılanlar var

  • 05.07.2021, 15:40,
  • Dünya
  • Baxılıb: 29
Gürcüstanda LGBT qarşıdurması - Saxlanılanlar var

Gürcüstanda “Tbilisi Pride” qeyri- hökumət təşkilatı cinsi azlıqlar üçün həmrəylik həftəsi təşkil edib və plana əsasən bu tədbir 5 iyul tarixində paytaxt Tbilisidə “Ləyaqət marşı” ilə başa çatmalıdır.

“Qanunyolu.info.az”, “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu addım Gürcüstanda birmənalı qarşılanmayıb və etirazlara səbəb olub.

Belə ki, mühafizəkar radikal təşkilatlar və qruplar belə bir yürüşün keçirilməsinə qarşı çıxıblar və onun qadağan olunmasını tələb edirlər.

Nümayişçilərdən saxlanılanların olduğu bildirilir.
Gürcüstanda LGBT qarşıdurması - Saxlanılanlar var

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, bu gün planlaşdırılan aksiya vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, bir Baş nazir olaraq “heç bir xaosun, vətəndaş qarşıdurmasının” baş verməsinə yol verməyəcək.

O təəssüflə bildirib ki, bugünkü aksiyanın təşkilatçıları revanşist, radikal qüvvələrdir. Qaribaşvili onların arasında Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilini də nümunə gətirib.
Gürcüstanda LGBT qarşıdurması - Saxlanılanlar var

Ölkənin Daxili İşlər Nazirliyi öz növbəsində “Tbilisi Pride” təşkilatçılarını planlaşdırılan bu tədbiri keçirməməyə çağırıb.

Nazirlik, həmçinin Rustaveli prospektində toplaşanları nizam-intizama, polisin qanuni tələblərinə riayət etməyə və etirazı qanun çərçivəsində bildirməyə səsləyib.

Qeyd edək ki, paytaxtda toplaşma və etiraz mümkün ola biləcək ərazilərə polislər yerləşdirilib və onlar xüsusi rejimdə işləyirlər.
****

“Rustavi2” telekanalının məlumatına görə, 15 jurnalist xəsarət alıb.
Gürcüstanda LGBT qarşıdurması - Saxlanılanlar var
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter