Dövlət əmlakını oğurlayan şəxslər saxlanıldı - Fotolar

  • 11.03.2021, 11:00,
  • ---
  • Baxılıb: 10
Dövlət əmlakını oğurlayan şəxslər saxlanıldı - Fotolar

Azərbaycan Dəmir Yolları QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, mart ayının 10-da daxil olmuş məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə drossel tağlarını oğurlamaqda şübhəli bilinən Yevlax şəhər sakinləri, əvvəllər məhkum edilmiş Azad Hüseynov və Dilqəm Abdullayev maddi sübutlarla birlikdə saxlanılıb.
Dövlət əmlakını oğurlayan şəxslər saxlanıldı - Fotolar

Araşdırmalarla onların 100 metr uzunluğunda dövlət əmlakı olan tağları oğurlamaqla 1520 manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter