Paşinyanın təşviqat kampaniyası zamanı 3 nəfər saxlanıldı

  • 07.06.2021, 16:40,
  • ---
  • Baxılıb: 4
Paşinyanın təşviqat kampaniyası zamanı 3 nəfər saxlanıldı

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Armavir bölgəsində apardığı seçki kampaniyası zamanı üç nəfər saxlanılıb.

“Qanunyolu.info.az”, “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, saxlanılan vətəndaşlardan biri seçki kampaniyasına mane olmaqda ittiham edilir.

Sözügedən şəxs “seçki təşviqatına mane olmaq” maddəsinə görə ilk təqsirləndirilən şəxsdir. Qanun cari ilin aprelində Paşinyanın Sünikə (Zəngəzur) səfərinin vətəndaşlar tərəfindən etirazla qarşılanmasından sonra qəbul olunub.

Daha iki nəfər isə hüquq-mühafizə orqanlarının qanuni tələbinə tabe olmamaqda təqsirləndirilir.

Daha əvvəl “Yerevan.Today” saytının Paşinyanın təşviqat apardığı Ermənistanın Armavir bölgəsindən yayımladığı videoda bir kişinin Paşinyanın ünvanına “Nikol xaindir” qışqırdığı qeydə alınıb. Daha sonra isə sözügedən şəxs 10 nəfər mülki geyimli şəxs tərəfindən təqib edilərək saxlanılıb.

“Mediaport” teleqram kanalı vətəndaşın Paşinyanın partiyasının seçki siyahısında iştirak edən, daha çox “Qrzo” kimi tanınan iş adamı Xaçatur Sukiasyanın mühafizəçiləri tərəfindən döyüldüyünü, hadisədən sonra ağır vəziyyətdə, naməlum istiqamətdə aparıldığını bildirib.

Qeyd edək ki, bu gün Ermənistanda iyunun 20-nə təyin edilmiş erkən parlament seçkilərinin seçki kampaniyası başlayıb. Seçkilərdə 26 siyasi qüvvə - 22 partiya və dörd partiya bloku iştirak edəcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter