AYB-nin Natəvan klubunda Leyla Mətinin "Sevgi mövsümü" adlı şeirlər kitabının təqdimatı keçirildi

AYB-nin Natəvan klubunda Leyla Mətinin "Sevgi mövsümü" adlı şeirlər kitabının təqdimatı keçirildi

"Qanunyolutv.az" xəbər verir ki, 03.06.2025-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyində Vətənpərvər xanım, AYB-nin üzvü, hörmətli yazıçı-şair Leyla Mətinin "Sevgi Mövsümü" adlı 3-cü şer kitabının təqdimatı oldu.

İlk öncə tədbirin aparıcısı tanınmış yazıçı-publisist Nəcibə İlkin tədbir iştirakçılarını, gələn qonaqları salamlayaraq, hər kəsi torpaqlarımız uğrunda canından-qaniindan keçən cəmi şəhidlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Sonra isə Dövlət Hümnimiz səsləndi.

Sonra Nəcibə xanım yazarın yaradıcılıq fəaliyyətindən ətraflı söz açaraq tədbir iştirakçılarına öz fikirlərini çatdırdı və çıxış üçün sözü Türkiyədən qonaq gəlmiş "Dünya Sənətçilər Birliyi"nin rəhbəri Ramazan Seydaoğluna verdi. Ramazan bəy çıxış edərək hər kəsi salamladı. O, çıxışında Türkiyə Azərbaycan arasında olan qardaşlıq bağlarından geniş məlumat verdi. Əlavə olaraq bildirdi ki, Azərbaycana ilk dəfə gələn Ramazan bəy burada olmasından məmnunluq hissi bildirərək şeirə, ədəbiyyata dəyər verən bir sənət ölkəsi kimi buranı kəşf etdiyini qeyd edib.

Daha sonra isə "Dünya Ana və Uşaqlar İctimai Birliyi"nin rəhbəri Dünyaxanım Əliyeva, "Carçı" jurnalının təsisçisi Gülnarə Əmirquluyeva, "Dəmir Yumruq" Alfa-a Cəmiyyətinin sədri şair, Vətənpərvər xanım Ülviyyə Əsədova, Türkoloq alim Aytən Qurbanova, "Qanunyolutv.az"-ın rəhbəri Arif Süleymanlı", [b]"Qafqaz-İberoamerika Düşüncə Mərkəzi"nin rəhbəri, İspan Dili Üzrə Mütəxəssis Mahir Qurbanov və bir çox yazarlar, ziyalılar, şairlər, mediya nümayəndələri çıxış edərək, hər biri Leyla Mətinə öz ürək sözlərini söylədilər, ona yaradıcılığında daima uğurlar, yeni-yeni nailiyyətlər arzuladılar.

Onu da qeyd edim ki, tədbir iştirakçıları şairin yazdığı şerlərindən oxuyaraq tədbirə daha da rəng qatdılar. Bununla yanaşı Leyla Mətinin sevə-sevə yazdığı şerlərini yaxşı mənada müzakirə edərək öz fikirlərini söylədilər.

Çıxışlar bitdikdən sonra "Dəmir Yumruq" Alfa-a Cəmiyyətinin sədri Ülviyyə Əsədova Leyla xanıma "Dəmir Yumruq" simvolunu, təsis etdiyi "Vətən Haqqı" jurnal və qəzetini təqdim etdi. Təqdimatdan sonra Leyla Mətin müəllifi olduğu "Sevgi Mövsümü" adlı kitabını imzalayaraq tədbir iştirakçılarına təqdim etdi və sonda xatirə şəkilləri çəkildi.

Onu da nəzərinizə çatdırım ki, əziz oxucular müəllifin yazdığı "Sevgi Mövsümü" adlı kitabı Türkiyədə Liz yayınları tərəfindən nəşr olunmuş və şairin sayca 3-cü kitabıdır.

P.S.Sonda məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq yazıçı-şair Leyla Mətinə yaradıcılığında həmişə uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Arzu edirəm ki, qələminiz hər an yazar olsun. Uğurlarınız davamlı olsun Leyla xanım!




Hörmətlə;
"Qanunyolutv..az" Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter