Azərbaycanda Türk Sənət Akademiyasında 1-ci "Dergizan" İncəsənət görüşü keçirilib

Azərbaycanda Türk Sənət Akademiyasında 1-ci "Dergizan"  İncəsənət görüşü keçirilib

Əziz oxucularımız "Qanunyolutv.az" xəbər verir ki, Türkiyəni təmsil edən, "Dünya Sənətçilər Birliyi"nin prezidenti Ramazan Seydaoğlu və AYB-nin üzvü, Vətənpərvər xanım, şair-yazıçı Leyla Mətinin təşəbbüsü ilə keçirilən 1-ci "Dergizan" görüşü, ilhamverici və yaddaqalan anlarla yaddaşlara həkk olundu.

Tədbir Türkoloq alim Aytən Qurbanovanın aparıcılığı ilə Türk Sənət Akademiyasında baş tutub. İlk öncə aparıcı Aytən xanım tədbir iştirakçılarını torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş cəmi şəhidlərimizi bir qəqiqəlik sükukla yad etməyi xahiş edib. Sonra Dövlət Himnimiz səslənib.

Daha sonra isə çıxış üçün söz "Dünya Sənətçilər Dərnəyi"nin sədri, “Dergizan” jurnalının təsisçisi və baş redaktoru Ramazan Karataşa verilib. Ramazan Karataş çıxışı zaman Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin köklərinin dərin və sarsılmaz olduğunu vurğulayıb. O, bu birliyin yalnız keçmişə deyil, ortaq gələcəyə də xidmət etdiyini bildirib.

Ümummilli Lider Heydər Əliyevin “Bir millət – iki dövlət” ifadəsini xatırladan Ramazan Karataş hər iki ölkənin ortaq köklərə, dil, din birliyinə, oxşar mədəniyyət, adət və ənənələrə malik olduğunu deyib. O, tədbirin Türk dünyasının mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişafı, eləcə də ədəbi əlaqələrin zənginləşməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Dərnək sədri iki qardaş ölkə arasında ədəbi körpülərin tarixən güclü əsaslar üzərində formalaşdığını və bu istiqamətdə jurnal nəşrlərinin - xüsusilə “Dergizan”ın aparıcı rol oynadığını söyləyib. Ramazan Karataş “Dergizan” jurnalının yaranma tarixçəsi barədə məlumat verərək, Azərbaycanın tanınmış qələm sahiblərinin şer və yazılarının mütəmadi olaraq sözügedən nəşrdə dərc olunduğunu tədbir iştirakçılarına bildirib.

Bədii hissədə söz və sənət sahibləri “Dergizan” jurnalında çap olunmuş sevilən şeirlərini səsləndiriblər. İnci rəqs qrupu öz rəqsiylə, Zəhra Sadıqova kamanın sehirli simlərini dilləndirərək, gənc ifaçı Nurəli Cavadov əsrarəngiz ifaları ilə tədbirə xüsusi rəng qatdı.

Tədbirin sonunda “Dergizan” jurnalında şer, məqalə və yazıları çap olunmuş iştirakçılara sertifikatlar təqdim olundu.

P.S.Sonda məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq kollektivimiz adından "Dünya Sənətçilər Dərnəyi"nin sədri, “Dergizan” jurnalının təsisçisi və baş redaktoru Ramazan Karataşa və onun rəhbərlik etdiyi kollektivinə bu yolda daima uğular, yeni-yeni nailiyyətlər arzulayıram.

"Qanunyolutv.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter